Binadan atılan zibil "Mercedes"in şüşəsini sındırdı

Binadan atılan zibil "Mercedes"in şüşəsini sındırdı
SOSİAL
15:43 09.07.2017
1083

 

Bakıda avtomobilinin ön şüşəsi sındırılmış şəxs polisə müraciət edib. 

Xətai rayon sakini Ramin Hacıyev polisə müraciət edərək bildirib ki, yaşadığı Mehmandarov küçəsi 92 saylı binanın qarşısında saxladığı "Mercedes" markalı minik avtomobilinin şüşəsi sındırılıb. 

Onun sözlərinə görə, yuxarı mərtəbədə yaşayan sakinlərdən biri məişət tullantıları ilə dolu torbanı eyvandan aşağı atıb. Avtomobilin üstünə düşən zibil torbası şüşənin qırılmasına səbəb olub.
 
Araşdırma aparılır.


 
///lent.az
OXŞAR XƏBƏRLƏR