Binalarda təmir səhvləri ölümlə nəticələnə bilər

Binalarda təmir səhvləri ölümlə nəticələnə bilər
DÜNYA
14:10 09.04.2024
148
Türkiyənin Daxili Memarlar Palatası İstanbul Şöbə Başçısı Herdem Süer binalarda edilən ölümcül təmir səhvlərinə toxunub.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili Memarlar Palatasının İstanbul şöbəsinin sədri Herdem Süer, 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra Daxili Memarlar Palatasının idarəçiləri olaraq bölgəyə getdiklərini və hesabat hazırladıqlarını açıqlayıb. 

Süer bildirib ki, zəlzələ zamanı binaların uçmasında mühüm amillərdən biri də binaların yükdaşıyıcı elementləri olan sütun və tirlərin kəsilməsidir. 

"Birinci mərtəbədə market, kafe və ya qalereya qururlar və yükdaşıyan elementlərə müdaxilə edirlər. Sütunlarda balaca bir deşik belə qazılmamalı olduğu halda, təəssüf ki, biz sütun və tirlərin kəsilməsinə, yəni onların tamamilə məhv olmasına gətirib çıxaran prosesləri görürük”. 

Oksana
OXŞAR XƏBƏRLƏR