Binali Yıldırım Bakıda: “ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildə problemi unutdurmağa çalışıblar”

Binali Yıldırım Bakıda: “ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildə problemi unutdurmağa çalışıblar”
SİYASƏT
11:43 02.11.2020
615
Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində  Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak ediblər.

Qonaqları salamlayan Əli Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur.

Xüsusilə indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır:

"Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.

Əli Əhmədov, həmçinin, İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib. 

Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb.

Binali Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib.

Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib.

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır.

Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də  xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.

B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.   

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO