Binədə dəhşətli qətl - Qadın amansızlıqla bıçaqlandı
SOSİAL
12:09 26.10.2016
1857
Bakıda qətl törədilib.
APA-nın xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib. Qəsəbə sakini 1971-ci il təvəllüdlü İlhamə Eynulla qızı Talıbovanın bıçaqla xüsusi amansızlıqla qətl yetirilmiş meyiti tapılıb.
Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.