Binəli Yıldırım Azərbaycana səfər edəcək

Binəli Yıldırım Azərbaycana səfər edəcək
SİYASƏT
10:24 28.08.2018
3888
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, səfər ikigünlük olacaq.

Bu ziyarət B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəri olacaq.

Səfər zamanı spiker Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Baş nazir vəzifəsində çalışan B.Yıldırım cari il iyulun 12-də parlamentin sədri seçilib.
OXŞAR XƏBƏRLƏR