Binəli Yıldırım: “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

SİYASƏT
17:49 30.11.2021
215
Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, siyasətçi bununla bağlı tviterdə paylaşım edib.

"Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında həlak olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm. Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - paylaşımda bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR