Gənc namizəd qeyd edib ki, açıqladığı proqram bələdiyyə üzvü seçiləcəyi təqdirdə fəaliyyət istiqamətinin əsas konturlarını təşkil edəcək:
"Biz görməyi planlaşdırdığımız işləri müxtəlif istiqamətlərə görə ayırmışıq. Ancaq, şübhəsiz ki, fəaliyyətimiz dövründə müasir tələb və çağırışlara uyğun olaraq, vətəndaşlarımıza xidmət etmək üçün bir sıra əlavə layihə reallaşdıracaq, lazımi addımlar atacağıq”.
Rəaşd Tarverdiyev platformasını da açıqlayıb: Əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması istiqamətində planlaşdırılan işlər, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələrinin daimi diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin problemlərinin həllinə dəstək, ehtiyacı olan tələbələrin təhsil xərclərinin ödənilməsinə dəstək, istedadlı və yaradıcı gənclərin təşəbbüslərinə dəstək, bələdiyyə gəlirlərinin artırılması və vətəndaşların işlə təmininə dəstək məqsədi ilə lokal xaraktetli biznes layihələr.
Qeyd edək ki, Rəşad Tarverdiyev 28 yanvar 1982-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati idarə etmə fakültəsini bitirib. 2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Namizədli 8 saylı Binəqədi 1-ci seçki dairəsindən qeydə alınıb.