Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrıldı

Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrıldı
SOSİAL
20:00 28.12.2018
5118
Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM-un məlumatına görə, sərəncamla  Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR