"Qaydalara riayət edək, sağlam olaq!" şüarı ilə əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə fəal könüllü gənclər tərəfindən vətəndaşlara tibbi maskalar paylanılır.
AZXEBER.COM xəbər verir ki, həmçinin, vətəndaşlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılır, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək, sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılır.