Binəqədi Rayon İcra Hakimiyyətində hesabat iclası keçirilib - FOTOLAR

Binəqədi Rayon İcra Hakimiyyətində hesabat iclası keçirilib - FOTOLAR
SOSİAL
16:27 27.02.2020
2632

27 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başladı.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şura iclasını açaraq, iclasın gündəliyini elan etdi.

2019-cu ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Elxan Allahverdiyev "Nəsimi ili” kimi qeyd edilən 2019-cu ili uğurlu bir il kimi səciyyələndirərək ölkə Prezidentinin siyasi iradəsi sayəsində Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, qarşıya qoyulan bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini bildirdi. RİH başçısı həmçinin, Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2019-cu il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirdi.

 

Daha sonra hesabat yığıncağında RİH başçısının müavini Aygün Əliyeva ölkədə könüllülər üçün yaradılmış şərait və əldə olunan nailliyyətlər barədə, Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Niyaz Niftiyev və "Akabe” MMC-nin direktoru Səməd Hacıyev hesabat məruzələri ilə çıxış etdilər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev Azərbaycan Respublikasının 2019-cu ildəki sosial-iqtisadi inkişafının nəticələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdu.

Şura iclasının qərar layihəsinin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.

Sonra Prezident cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxundu.

 

Yığıncağın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edərək, 2020-ci ildə də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layiqli və uğurlu siyasət nəticəsində nailiyyətlərin daha çox olacağını vurğuladı.


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Real Madrid"in əsas transfer hədəfi bəlli oldu
17:14 25.07.2026
"Real Madrid"in əsas transfer hədəfi bəlli oldu
İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
17:07 25.07.2026
İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
Kadir İnanırın mirası kimə qalacaq?
17:00 25.07.2026
Kadir İnanırın mirası kimə qalacaq?
Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
16:55 25.07.2026
Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
16:50 25.07.2026
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
SEPAH son sutka ərzində Hörmüzdə 4 gəmini saxlayıb
16:45 25.07.2026
SEPAH son sutka ərzində Hörmüzdə 4 gəmini saxlayıb
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
16:39 25.07.2026
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
16:33 25.07.2026
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
16:26 25.07.2026
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
16:16 25.07.2026
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
16:08 25.07.2026
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
16:03 25.07.2026
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
15:51 25.07.2026
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
15:47 25.07.2026
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
15:43 25.07.2026
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
15:36 25.07.2026
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar