Binəqədi rayonunda “Poeziyada əbədiləşən ömür” adlı tədbir keçirilib - FOTO

Binəqədi rayonunda “Poeziyada əbədiləşən ömür” adlı tədbir keçirilib - FOTO
SOSİAL
18:09 03.03.2023
188
02 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "POEZİYADA ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirilib. 

Tədbirdə görkəmli nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, orta ümumtəhsil müəssilərinin rəhbərləri, müəllimlər, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü. 

Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Tədbiri giriş nitqi ilə açan Vüsar İsmayılov bildirdi ki, tarix uzaqlaşdıqca biz ümummilli lider Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur.  Ümummilli Liderin irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.

Daha sonra çıxış edən Sevinc Süleymanova xüsusilə qeyd etdi ki,  ümummilli lider Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur.

Tədbiri müşayiət edən tanınmış aparıcı Azər Süleymanlı iştirarakçılara Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalqın sevimli şairi Baba Vəziroğlu yaradıcılığı haqqında ətraflı məlumat verdi. Ulu Öndər Heydər Əliyev haqqında xatirələrindən və ümumilli lidərə həsr etdiyi əsərlərindən və şeirlərindən geniş bəhs edən Baba Vəziroğlu  vurğuladı ki,  Ümummilli Liderin mədəniyyət sahəsində gördüyü xidmətləri, bizlərə olan diqqəti və qayğısı əvəzolunmazdır. Dahi şəxsiyyətin gördüyü xeyirxah işlərdən danışmaq üçün insana həftələr, aylar, bəlkə illər lazımdır ki,  Ümummilli Liderin fəaliyyətini hərtərəfli əhatə eləyə biləsən. Heydər Əliyevin zamanında təhsil almışam və  onun sayəsində vətəndən kənarda təhsilimi davam etdirmişəm. Dahi şəxsiyyətin vaxtında SSRİ Yazıçılar İttifaqının üzvü olmuşam. Bir  şair kimi də formalaşmağımda Ümummilli Liderin böyük xidmətləri olub. Təsadüfi deyil ki, dahi şəxsiyyət haqqında "Sən elə bir Zirvəsən" şeirinə mahnı bəstələnərkən bu sadəcə konnektura üçün, bizim ölkənin rəhbəri üçün yazılan sıradan bir mahnı kimi düşünülməmişdi. Bütün varlığımla düşüncələrimi bu əsərin üzərinə qoymuşdum. Heydər Əliyevdən bir daha olmayacaq. Bu miqyasda, ucalıqda şəxsiyyət birdə heç vaxt dünyaya gəlməyəcək. Baxmayaraq ki, bundan sonra çoxlu dühalar, alimlər olacaq, lakin Ulu Öndərin fenomeni heç kimdə olmayacaq. Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Bu memar Azərbaycan evini və sarayını elə ucaldıb ki, hər şey yerli yerindədir.  Nə yaxşı ki, Azərbaycan mədəniyyəti bu təməl üzərində inkişaf edir.

Tədbirdə şairin ifasında şeirlərini dinlənildi, eyni zamanda şair  oxucularla səmimi söhbət edib, fikirlərini bölüşdü, sualları cavablandırdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri-Hüseynov İsmayılın, Əliyeva Zəhranın, Tanrıverdiyev Rizvanın ifasında sözləri Baba Vəziroğluna məxsus "Sən elə bir Zirvəsən” adlı mahnı səsləndirildi.

Sonda Baba Vəziroğlu şəxsi imzası ilə "Qalanı xatirədir...” adlı kitabını iştirakçılara hədiyyə etdi.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi