Binəqədi rayonunda profilaktik tədbirlər davam etdirilir - FOTOLAR

SOSİAL
11:47 05.07.2020
422
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Binəqədi rayonunda profilaktik tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, rayon ərazisində Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin,RİH başçısı Aparatının müavinlərinin və şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, eləcə  də  mobil qrup üzvlərinin iştirakı ilə mütəmadı olaraq monitorinqlər keçirilir. Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sənədləşdirilir, 

Eyni zamanda mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq qida məhsullarının satışını həyata keçirən obyektlərdə, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Bununla bərabər əhali arasında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, həmçinin dezinfeksiya məhsullarının istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet