Binəqədi rayonunda “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir

Binəqədi rayonunda “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir
SOSİAL
12:46 26.04.2019
6855
Binəqədi Rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə "Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, keçirilən layihənin əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Layihə çərçivəsində məişət tullantılarının daşınması , müxtəlif növ mövsümi ağacların əkilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR