Binəqədi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib.
AZXEBER.COM xəbər verir ki, 26 dekabr 2020-ci il tarixində Binəqədi rayonundaAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrundacanını qurban vermiş Vətən müharibəsi şəhidlərininxatirəsinə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcraHakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii SərvətlərNazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti YaşıllaşdırmaTəsərrüfat Birliyinin dəstəyi ilə Dərnəgül Yaşayış Massiviərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarınauyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcraHakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Bakı Şəhərİcra Hakimiyyəti və RİH başçısı Aparatının məsuləməkdaşları, YAP Binəqədi Rayon təşkilatının rəhbərliyiiştirak etmişdir.
Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsiniyaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin növbəti təxribatına cavab olaraq, AzərbaycanOrdusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləcəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarıhəyata keçirmişdir. 44 gün davam edən müharibəAzərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 iləyaxın müddət ərzində işğal altında olan torpaqlar azadedilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruhnümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanınərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizəAllahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
İctimaiyyət nümayəndələri ümumilikdə 3000-dən çoxmüxtlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.