Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (Biləcəri ETSİ) daxil olan bir sıra ərazilərdə gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan AZXEBER.COM-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri ETSİ-nin ərazisində 26 avqust tarixində 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.
"Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.
Bildirilir ki, gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.