Binəqədi yanğınına görə həbs olunan şirkət rəhbəri azadlığa çıxdı

Binəqədi yanğınına görə həbs olunan şirkət rəhbəri azadlığa çıxdı
SOSİAL
14:01 03.06.2019
4947
Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğında təqsirləndirilərək həbs olunan "Global Construction” MMC-nin rəhbəri Miryusif Mahmudov azadlığa buraxılıb.

AZXEBER.COM Trend-ə istinadla xəbər verir ki, M.Mahmudov barəsində olan həbs cəzasını şərti cəza ilə əvəz edib və o, azadlığa buraxılıb.

İttihama görə, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşlar və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu,

 Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən

"Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan 4 elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Qəzənfər Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədovla A.Əlibəyovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR