Binəqədidə 3 nəfər dəm qazından zəhərlənib

Binəqədidə 3 nəfər dəm qazından zəhərlənib
SOSİAL
07:44 07.01.2022
206
Bakıda 3 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda olub.

Binəqədi qəsəbəsində 1998-ci il təvəllüdlü Seyidov İbrahim Mübariz oğlu, Rəsulzadə qəsəbəsində 1973-cü il təvəllüdlü Cəfərova Səbinə Müzəffər qızı, 9-cu mikrorayon ərazisində 1994-cü il təvəllüdlü Bağırova Elmina Xocabəy qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR