Binəqədidə 4 yaşlı uşağı avtomobil vurdu

Binəqədidə 4 yaşlı uşağı avtomobil vurdu
SOSİAL
10:09 22.08.2021
861

Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR