Binəqədidə aptekdən oğurluq edildi

SOSİAL
12:04 22.02.2025
464
Binəqədidə aptekdən oğurluq olub.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.
OXŞAR XƏBƏRLƏR