Binəqədidə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun tədbir keçirilib

Binəqədidə  “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun tədbir keçirilib
SOSİAL
10:32 10.12.2019
2697
Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı,Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən 1-9 dekabr "Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, "ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəsi Namiq Tarverdiyev, Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və s iştirak edib.

Tədbirdən öncə könüllülər tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.

Tədbir Binəqədi rayonunda 5 il müddətində könüllülərlə bağlı görülmüş işlərdən ibarət videoçarxın təqdim edilməsi ilə başlayıb.

İlk olaraq Binəqədi rayonunda 5 illik könüllülük fəaliyyəti ilə bağlı məlumat vermək üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyevaya verilib. A.Əliyeva "Azərbaycanda könülü işinin tarixi və Binəqədi könüllüləri” adlı geniş məruzə ilə çıxış edib. A.Əliyeva qeyd edib ki, son illərdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarışlarda qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində tədbirlərdə on minlərlə könüllünün yüksək və professional fəaliyyəti təşkil edilib.

Çıxış edən "ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Ölkəmizdə könüllülük sahəsində real inkişafın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıldığını və könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlı olduğunu bildirdi.S.Məmmədli ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə geniş könüllü ordusu yarandığını qeyd etdi.

Könüllülər adından çıxış edən Anar Əliyev və Nərmin Məmmədova ölkədə aparılan gənclər siyasətində gənclərin yerindən bəhs etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışına ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə başlayıb və gənclər üçün əsas istiqamətin, təhsil

olduğunu bildirib. Natiq ölkəmizdə gənclərə böyük önəm verildiyini, gənclərin rəhbər vəzifələrə gətirildiyini,onlara yüksək etimad göstərildiyini bildirdi.

Daha sonra Binəqədi Rayonunda könüllülük fəaliyyəti işinin təşkilində göstərdiyi xidmətə görə bir qrup şəxslərə və "Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində Könüllülük işini uğurla başa vurmuş gənclərə Rayon İcra Hakimiyyətinin sertifikatları təqdim edilir.

Sonda Könüllülərin iştirakı ilə bədii hissə təşkil edildi.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni metro stansiyasının adı belə olacaq
17:48 04.09.2026
Yeni metro stansiyasının adı belə olacaq
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
15:57 04.09.2026
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
15:21 04.09.2026
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE