Binəqədidə azyaşlı uşaq oğurlanıb? - DİN-dən açıqlama - VİDEO

Binəqədidə azyaşlı uşaq oğurlanıb? - DİN-dən açıqlama - VİDEO
SOSİAL
23:26 17.01.2023
290
Binəqədi rayonunda azyaşlı uşağın oğurlandığı haqda iddialar səslənib

AZXEBER.COM xəbər verir ki, bu buradə uşağın xalası Hacıyeva Aysel Sultan qızı məlumat yayıb.

O bildirib ki, kimliyi bilinməyən şəxs tərəfindən ona hücum olunub, daha sonra bacısı uşağını götürərək qaçıblar.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev AZXEBER.COM-a bildirdi ki, polis əməkdaşları tərəfindən azyaşlının atasının yanında olması müəyyən edilib:

"Binəqədi rayonunda uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar araşdırılıb. Polis əməkdaşları tərəfindən azyaşlının atasının yanında olması müəyyən edilib. Kriminal hal yoxdur".
 
Həmin videonu təqdim edirik:
 
Aydın
 
OXŞAR XƏBƏRLƏR