xari

Binəqədidə evi tərk edən koronavirus xəstəsi saxlanıldı

SOSİAL
10:24 04.12.2020
274

Bakının Binəqədi rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Binəqədi Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Belə ki, Binəqədi rayon sakini 1970-ci il təvəllüdlü Soltanova Zinət Səlimxan qızı COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə Binəqədi rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR