Binəqədidə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təhsil konfransı keçirilib

Binəqədidə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təhsil konfransı keçirilib
SOSİAL
15:07 14.09.2019
7650
Binəqədi rayonunda 2018-2019-cu tədris ilinin yekunları münasibətilə keçirilən Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təhsil konfransı keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İlhamə Abdullayeva, Əsgərov millət vəkilləri Aydın Mirzəzadə, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə qonaqlar və ali təhsil ocaqlarına yüksək balla daxil olmuş tələbələr Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış  Ulu öndər Heydər Əliyevin heykəli onünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Konfrans məktəblilərin ifasında Azərbaycan şairi, mütəfəkkir "İmadəddin Nəsimi" nin 650 illik yubileyinə həsr edilmiş bədii səhnəcik ilə başlayıb. 
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Binəqədi rayonunda 2018-2019-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Aygün Əliyeva bildirdi ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılıb. 
Hesabat çıxışından  sonra tələbələri təbrik etmək üçün söz 283 saylı məktəbin şagirdi Prezident mükafatçısı Reyhan Camalovaya verilib. Daha sonra  bu il keçirilən dövlət imtahanında yüksək balla ali təhil ocaqlarına qəbul olmuş 284 N-li  tam orta məktəbin məzunu Aliyə Mütəllibova, 313 № li tam orta məktəbin məzunu Əfrəddin Mustafayev, 182 № li  tam orta məktəbin məzunu Ümid Ələkbərov əldə olunan uğurlardan bəhs ediblər.
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, millət vəkili Aydın Mirzəzadə, Yusif Məmmədəliyev adına Azərbaycan Milli Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif  Abbasov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan behs ediblər.
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çox olduğunu bildirib. 
Natiq qeyd edib ki, bu müəllimlərin əsas məqsədləri ondan ibarətdirki, onlar öz tələbələri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. E.Allahverdiyev onu da qeyd etdi ki, Bbütün sahələrdə olduğu kimi, təhsilimizdə  də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Cənab Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bir hissəsidir.
Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrin ifasında "Bu gözəl vətən bizimdir” adlı musiqi hissəsi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək