Binəqədidə obyektdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - VİDEO

Binəqədidə obyektdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - VİDEO
SOSİAL
20:33 31.03.2026
78
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verib.

Bu barədə AZXEBER.COM-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR