Paytaxtın Binəqədi rayonunda, "Görədil bağları" adlanan ərazində may ayında yağan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Sakinlər iddia edirlər ki, hadisə nəticəsində bir neçə yaşayış evində çatlar əmələ gəlib və bəzi tikililər qəzalı vəziyyətə düşüb. Əraziyə aidiyyəti qurumların əməkdaşlarından heç kim gəlməyib:
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan mövzu ilə bağlı yerində araşdırma aparılıb və vətəndaşa müvafiq izahat verilib. Onlara deyilib ki, ərazidə torpağın özbaşına daşınması nisbi hündürlükdə yerləşən fərdi yaşayış evlərinə təhlükə törədə bilər.











































