Binəqədidə yanan binaya görə tutulan icra başçısının müavini komaya düşdü - ŞOK

SOSİAL
12:36 29.06.2016
1405

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb kimi təqsirləndirilənlərdən biri Qəzənfər Novruzovun məhkəməyə gətirlməməsi göstərilib.

Onun komada düşdüyü bildirilib.

Prosesin sabah davam etdiriləcəyi açıqlanıb.

Qeyd edək ki, Qəzənfər Novruzov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR