Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.
Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.










































