Binəqədidə Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbir keçirildi

Binəqədidə Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbir keçirildi
SOSİAL
17:05 28.04.2021
426

28 aprel 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iki hissədən ibarət anım tədbiri keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavinlər - Vüsar İsmayılov, Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Onkooftalmologiya bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rühəngiz Balayeva Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsini ziyarət etdilər. Tədbir iştirakçıları abidə önünə əklil qoyaraq Zərifə xanımın əziz xatirəsini ehtiramla yad etdillər.

İkinci hissə isə "ZOOM” platformasında "İşıqlı xatirələrdə yaşayır” adlı tədbirlə onlayn formatda davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, "Azərbaycan Oftalmologiya Jurnalı”nın baş redaktorunun müavini, baş elmi işçi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Faiqə Şamilova, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, səhiyyə, mədəniyyət müəssisələrinin və ictimai birliklərin rəhbərləri iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir: "Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə xanım Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir.”

Çıxış edənlər Kəmaləddin Qafarov, Faiqə Şamilova Zərifə xanım Əliyevanın oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar apardığını, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf ettdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar apardığını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Həmçinin əlavə olundu ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası”nın əsasını qoymuşdur.

Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi.”- deyən Ramiz Göyüşov qeyd etdi ki, O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin ürəklərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaqdır.

Tədbir sonda iştirakçıların da birgə müzakirəsi ilə davam etdirildi.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?