Bioloqdan xəbərdarlıq: Yeni pandemiya qapıda

Bioloqdan xəbərdarlıq: Yeni pandemiya qapıda
MARAQLI
14:38 23.07.2025
337
Astrobioloq yeni pandemiya haqqında xəbərdarlıq edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, astrobioloq Barri DiQreqorio Marsdan gətirilən nümunələrin yeni və ölümcül pandemiyaya səbəb ola biləcəyi haqda xəbərdarlıq edib.
 
O, NASA-nın Marsdan nümunələri geri qaytarmaq planlarının Yerin hələ də Covid-19-un təsirindən qurtulmadığı bir vaxtda əhəmiyyətli bioloji risk yaratdığını bildirib.

Bu nümunələrin Yerə nəzarətsiz gətirilməməsi lazım olduğunu bildirən DiQreqorio, ekstremal şəraitdə yaşaya bilən mikroorqanizmlərin Yerə yayılaraq idarəolunmaz epidemiyaya səbəb ola biləcəyini qeyd edib.

Məsələ ilə bağlı NASA daxilindən ciddi xəbərdarlıqlar gəlir. NASA-nın Planetlərin Mühafizəsi üzrə keçmiş əməkdaşı Ketrin Konli Mars 2020 missiyasının lazımi səviyyədə sterilizasiya edilmədiyini və onun topladığı nümunələrin Yerdəki həyatla çirklənə biləcəyini bildirib. Konlinin bu açıqlamalardan sonra agentlikdən uzaqlaşdırıldığı da iddia edilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR