Almaniyanın ağır bürokratiyası iqtisadi böhranı dərinləşdirib, nəhəng şirkətlər ölkədən qaçmağa başlayıb. Korona peyvəndini tapan BioNTech şirkəti İngiltərəyə getməyə qərar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, keyfiyyət dedikdə bir zamanlar 'Almaniyada istehsal' möhürü ilə ağla gələn alman şirkətləri istehsal mərkəzlərini Almaniyadan başqa ölkələrə köçürməyə başlayıblar. Dünyanın əczaxanası kimi tanınan Almaniyanın əczaçılıq nəhəngi Bayer müəssisələrini Çin və ABŞ-a köçürməyə hazırlaşır. Bunun səbəbi Avropanın innovasiyaya dost olmamasıdır.
Sabah-ın xəbərinə görə, ölkənin digər kimya nəhəngi BASF, Lüdviqshafendəki obyektinin qapısını kilidləmək üçün günləri sayaraq Çinin cənubundakı Zhanjiangda yeni fabrik tikir. 39.000 işçisi olan BASF Çinə üstünlük versə də, şirkətin istehsalı dəyişməsinə səbəb kimi enerji xərcləri, sosial təminat hüquqları və ağır bürokratik maneələr göstərilir.
Ailə Biznesləri Fondunun (Stiftung Familienunternehmen) araşdırmasına görə, Almaniya ötən il investisiya cəlbediciliyinə görə 21 ölkə arasında 18-ci yerə düşüb. Bu sıralama ölkədə "Fəlakət” kimi təqdim olunur. Başqa bir araşdırmaya görə, Almaniya şirkətlərində ixtisaslı işçi çatışmazlığı var. 2032-ci ildə ixtisaslı işçi çatışmazlığının 5 milyon nəfərə çatacağı təxmin edilir.
Professor Dr. Uğur Şahin və həyat yoldaşı Prof. Dr. Özlem Türeci tərəfindən qurulan və inkişaf etdirilən koronavirus peyvəndi və üzərində çalışdığı xərçəng peyvəndləri ilə Almaniyanın ən məşhur biotexnologiya şirkəti BioNTech bürokratiyadan məyus olub. Şirkət artıq xərçəng araşdırmalarını İngiltərəyə köçürəcəyini açıqlayıb.
Böyük Britaniyada rəsmi orqanlar və şirkətlər arasında əməkdaşlıq daha güclüdür və dərmanların inkişafı daha sürətlə gedir. Prof. Dr. Özlem Türecinin sözlərinə görə, Almaniyada tədqiqatların maliyyələşdirilməsi və onun praktikaya tətbiqi Böyük Britaniya ilə müqayisədə xeyli yavaşdır.
Son vaxtlar Almaniyada qurulan şirkətlərin sayı azalır və xaricdən gələn investisiyalar azalır. Bunun əsas səbəbi ixtisaslı işçi çatışmazlığının yaratdığı pis imicdir. Digər səbəb kimi alman bürokratiyasının ləngliyi göstərilir. Rusiyadan ucuz enerji, ABŞ sayəsində təhlükəsizlik, alman biznes modelinin üç mühüm sütunundan biri olan Çin sayəsində artım hazırda çökməkdədir. Müharibə ilə əlaqədar olaraq enerji qiymətləri kəskin şəkildə qalxdı. Çinə ixracatda da daralma var.
Baş ofisi ABŞ-da yerləşən avtomobil istehsalçısı Ford-un elektriklə işləyən avtomobillər üçün akkumulyatorların bahalaşması və ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən tənəzzül səbəbindən Almaniyanın Köln şəhərindəki fabrikində 3200 işçini işdən çıxaracağı bildirilir. Kölndə 15 min işçisi olan Fordun qərarı fabrikdə çalışan türk işçiləri narahat edib.
İqtisadçılar Almaniyanın süni intellekt, biotexnologiya və silahlanma sahəsində daha müstəqil və Avropa ilə həmrəy olması ilə razılaşırlar. Mütəxəssislər Almaniyanın avtomobil sənayesində gücünü saxlamaq üçün akkumulyator texnologiyasında aparıcı rol oynamalı olduğu fikrini bölüşürlər. Türkiyənin son illərdə bu sahələrdə yerli və milli istehsala keçərək güclü ölkələr sırasında olduğu vurğulanıb.
Mikayıl