16:41 Cümə Axşamı, 13 Dekabr 2018
DÜNYA

Bir ailənin 3 qadın üzvü faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

12:54, 05.12.20184106
Bir ailənin 3 qadın üzvü faciəvi şəkildə öldü - TƏFƏRRÜAT
Rusiyada bir ailənin 3 üzvü ölüb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Qlazqo şəhərində baş verib.

35 yaşlı Anna Protsenko adlı qadın 8 yaşlı qızı Vika ilə birlikdə 12 mərtəbəli binanın başına çıxaraq intihar etmək niyyətində olub.

Annanın anası Elena qızının özünü qəribə aparmasından şübhələnərək onun arxasınca gedib və qızı intihar etmək üçün əlini uzadanda hər üçü yerə yıxılaraq ölüb.

Qadınların 3-ü də hadisə yerindəcə keçinib.

Annanın əlində intihar qeydi olsa da, polislər bunu mətbuata açıqlamır.

İntihar edən gəlinin rəfiqəsi mətbuata açıqlamasında bildirib ki, Annanın qayınanası ilə problemləri var idi.

XƏBƏR LENTİ