Dörd nəfərlik ailənin ölümündə istifadə edilən qida və içkilərlə bağlı laboratoriya hesabatı hazır olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Fatih rayonunda ana, ata və iki uşağın zəhərlənmə şübhəsi ilə ölümü üzrə aparılan istintaq çərçivəsində Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi tərəfindən qida və içkilərdən götürülən nümunələr analiz edilib.
Hesabatda qida məhsullarında hər hansı zərərli və ya şübhəli maddə aşkarlanmadığı qeyd olunub. Dövlət ekspertizasının nəticəsinə əsasən, qida zəhərlənməsi versiyası hələlik təsdiqini tapmır.
Xatırladaq ki, Böcek ailəsinin ölümü ilə bağlı cinayət işi üzrə istintaq davam edir. Hadisə ilə əlaqədar saxlanılan yeddi nəfər məhkəməyə göndərilib.
Gülay










































