Bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərləndi

Bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərləndi
SOSİAL
12:28 29.12.2022
125
Sabirabadda bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənib.
 
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, Natiq Cəbrayıllının 13, 10, 7, 4 yaşlı və 8 aylıq uşaqları dəm qazından zəhərlənmə diaqnozu ilə Sabirabad xəstəxanasına yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR