Bir ailənin 6 üzvü nişan tortundan zəhərləndi

Bir ailənin 6 üzvü nişan tortundan zəhərləndi
SOSİAL
17:22 07.07.2017
1149
Ağdamda tortdan zəhərlənən ailə üzvlərinin vəziyyəti normaldır.  

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli lent.az-a bildirib ki, ailə bu gün saat 12:00 radələrində qida zəhərlənməsi ilə bağlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Onlar dünən axşam qohumlarının nişan mərasimində iştirak ediblər. Nişandan evə gətirdikləri tortu bu gün səhər 09:00 radələrində yeyiblər. Ondan sonra özlərində narahatlıq hiss edən ailə üzvləri xəstəxanaya gəlib.  Hazırda xəstəxanada müalicələri  davam etdirilir və vəziyyətləri ağır deyil. Çox güman ki, tortu uyğun olmayan şəraitdə, istidə saxlayıblar deyə elə zəhərlənmə verib. Onlardan götürülən nümunələr və qida qalıqları analiz üçün bizim mərkəzə göndərilib və nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR