Bir ailənin dörd üzvü yol qəzasında XƏSARƏT ALDI

Bir ailənin dörd üzvü yol qəzasında XƏSARƏT ALDI
SOSİAL
19:13 01.02.2026
631
Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar.
 
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

/Report
OXŞAR XƏBƏRLƏR