Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı: Hər kəs onları axtarır

Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı: Hər kəs onları axtarır
SOSİAL
13:15 06.03.2020
2655

Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər. Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıb. 

Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.
 
Rayonun Təzəkənd kəndinin sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar: "Gəlinlər evdar qadınlardır. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır. Bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət olmadığını deyirlər. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə 102-yə zəng edib. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.
OXŞAR XƏBƏRLƏR