Bir ailənin üç üzvü eyni vaxtda intihar etdi

Bir ailənin üç üzvü eyni vaxtda intihar etdi
DÜNYA
12:28 08.02.2014
3043
Moskvanın şimal-qərbində üç nəfərdən ibarət bir ailənin bütün üzvlərinin cəsədi tapılıb. Onların intihar etdikləri güman edilir.Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ötən gün bir nəfər polisə müraciət edərək bildirib ki, qohumları ilə əlaqə saxlaya bilmir. Polis həmin ailənin evinə gedərkən 30 yaşlı kişinin, 28 yaşlı qadının və onların 4 yaşlı övladlarının cəsədini aşkar ediblər. Kişinin cəsədi su ilə dolu vannada olub. Mənzildən güclü qaz iyi gəlirdi. Bütün qapı-pəncərələr isə bərk-bərk bağlanmışdı.Polis düşünür ki, onlardan biri intihar etmək qərarına gəlib, digər ailə üzvlərini də özü ilə birgə öldürüb.
OXŞAR XƏBƏRLƏR