17:27 çərşənbə Axşamı, 18 Fevral 2020
SOSİAL

Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu - RƏSMİ

16:12, 27.01.20203737
Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi "VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi "Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ