Bir ay öncə evlənən İlknuru keçmiş sevgilisi öldürdü - FOTOLAR

Bir ay öncə evlənən İlknuru keçmiş sevgilisi öldürdü - FOTOLAR
DÜNYA
12:19 05.11.2021
1388

Bir ay əvvəl ailə quran qadın qətlə yetirilib.

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Kırıkkale bölgəsində baş verib.

Bələdiyyədə çalışan və bir ay əvvəl ailə quran İlknur Gökay Tuncel evə gedərkən əvvəllər tanıdığı Selçuk adlı şəxsin bıçaqlı hücumuna məruz qalıb. Vəziyyəti ağır olan İlknur həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə zamanı özü də ağır yaralanıb və nəticədə xəstəxanaya qaldırılıb.

Məlumata görə, onlar əvvəllər sevgili olublar və Selçuk.G qızın ailə qurduğunu eşidəndən sonra onu öldürmək qərarına gəlib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Ayşən


OXŞAR XƏBƏRLƏR