“Bir ay sonra toyu olacaqdı” - Türkanın anası danışdı - VİDEO

SOSİAL
22:03 25.02.2025
461
Xəbər verdiyimiz kimi, əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, mərhumun anası hadisə haqda danışıb.

Onun dediklərinə görə, əlinin üstündə balaca ziyil olan 23 yaşlı Türkan onu götürtmək istəyən zaman halı pisləşib: 

"Qızımın əlinin üstündə balaca ət xalı var idi. Onu götürtmək istəyirdi. Buna görə Milli Onkologiya mərkəzinə qədər getmişdik. Analiz nəticələrinə görə hər şey qaydasında idi. Fevralın 23-ü özəl xəstəxanların birində əməliyyat oldu. Əməliyyatdan əvvəl halı pisləşdi və reanimasiyaya yerləşdirildi. Həkimlərin səyinə baxmayaraq qızımın həyatını xilas etmək mümkün olmadı".

23 yaşlı qızın anası xəstəxanadan şikayətçi olduğunu deyib:

"Xəstəxanadan narazıyam. Sağlam verdiyim balamın, cansız bədənini verdilər mənə".

Qeyd edək ki, Türkan Balakişizadə nişanlı olub, bir ay sonra toyu olacaqdı.
 
Günel Hüseynli
 
OXŞAR XƏBƏRLƏR