Bir-birini bıçaqlayan cütlüyün qızı: Atam anamı vurandan sonra özünə xəsarət yetirdi

Bir-birini bıçaqlayan cütlüyün qızı: Atam anamı vurandan sonra özünə xəsarət yetirdi
SOSİAL
19:26 30.05.2021
1047
Bakıda ər-arvadın bir-birini bıçaqlması hadisəsi ilə bağlı yeni təffərüat ortaya çıxıb.

Zərərçəkənlərin qızı atasının özü-özünə xəsarət yetirdiyini iddia edib. 

Belə ki, Namiq və Fərqanə Rəsulovların qızı Sevil Rəsulova Oxu.Az-a açıqlamasında bildirib ki, münaqişə xəyanətdən başlayıb. 

"Bir ilə yaxın idi ki, aralarında münaqişə var idi. Həmin gün hadisəyə şahidi olmuşam. İlk olaraq deyim ki, atam anama xəyanət etmişdi. Bu səbəbdən anam artıq atamla qala bilmirdi. Deyirdi, ona toxunmasın. Buna baxmayaraq, atam bir neçə dəfə anama cinsi zorakılıq etmişdi. Anam dözə bilmirdi, boşanmaq üçün müraciət etmişdi. Bu yaxınlarda boşanma ilə bağlı məhkəmə olacaqdı. Biz nənəmgildə qalırdıq. Amma artamın təkidi ilə evə geri qayıtdıq. Söz verdi ki, artıq heç nə eləməyəcək. Buna görə də evə qayıtdıq.

Anam öz evində qapını bağlayırdı ki, atam ona toxunmasın. Atam dayanmırdı, hər gecə onu narahat edirdi. Nəhayət mayın 28-i, səhər belə bir hadisə baş verdi. Onlar qonaq otağında olanda gördüm ki, atam anamı qısnayıb, anam yerdə çabalayırdı. Mən onlara mane olmaq istədim. Atam məni görən kimi itələdi, qonaq otağının qapsını üzümə bağladı. Qapını nə qədər sındırmağa çalışdımsa, olmadı. Sonra anam özü çıxmağı bacardı, amma anam çoxlu xəsarət almışdı. O cür yaralı idi, amma özünü qurtarmaq üçün çıxa bilmişdi.

Atam da yaralı idi, amma o, özü-özünə xəsarət yetirmişdi. Çünki mən eşitdim ki, anam vurma deyəndə atam dedi ki, bax indi özümə də xəsarət yetirəcəm. Atam anamdan 25 dəqiqə sonra xəstəxanaya çatıdırılmasına baxmayaraq, bu dəqiqə onun durumu anamdan yaxşıdır. Anamın halı isə ürəkaçan deyil”.

Qeyd edək ki, Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində ər və arvadın bir-birilərini bıçaqlaması haqqında xəbər yayılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO