Mehdi MəmmədliASAN Xidmət mərkəzi açıq hökümətin formalaşmasında, korrupsiyaya qarşı mübarizədə ümummilli dövlət məqsədlərinin tətbiqi istiqamətlərində əsas subyektə çevrilir.Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində yaradılmıs 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyətə başladığı 15 yanvar 2013-cü il tarixindən bugünə kimi vətəndaş məmnuniyyətinin əldə edilməsi istiqamətində atılmış növbəti addımların əsas icraçısına çevrilməkdədir. Ötən dövr ərzində ASAN xidmət mərkəzi 10 mindən artıq vətəndaş müraciəti əsasında fəaliyyət sferasını həyata keçirmiş, vətəndaşlara sosial-hüquqi xidmətlərin həyata keçirilməsi ilə bağlı prosedurların təşkilı məsələlərinin həlli ilə məşğul olmuşdur.ASAN xidmət mərkəzi öz fəaliyyətində şəffaflıq, çeviklilik və hərtərəflilik prinsiplərinə sadiq qalaraq ölkəmizdə açıq hökümətin təşviqi, korrupsiyaya qarşı mübarizədə ümummilli dövlət məqsədlərinin tətbiqi istiqamətində əsas subyektə çevrilir. 1 saylı Bakı ASAN xidmət mərkəzi gündəlik fəaliyyətində vətəndaş-məmur münasibətlərinin səmərəli mexanizmlərlə təşkili və həyata keçirilməsi məqsədlərindən doğan milli fəaliyyət istiqamətlərini ali məqsədlərə çevirməklə səmərəli dövlət idarəçəliyi quruculuğu işlərinə öz töhfəsini verir.Respublikada həyata keçirilən demokratik və suveren dövlət quruculuğu məqsədlərinin tərkib hissəsi olan ASAN xidmət mərkəzlərinin yaradılması bugün günün zəruri tələbatına çevrilməkdədir. ASAN xidmət təsisatının mövcudluğu Azərbaycanın dünya hüquq məkanına inteqrasiyası prosesində katalizator rolunu oynayır.Nəhayət, qətiyyətlə demək olar ki, yarandığı dövrdən bugünə qədər ASAN xidmət mərkəzinin qısamüddətlik fəaliyyəti vətəndaş məmnuniyyəti ilə qarşılanmış, ictimai rəydə müsbət tendensiya kimi qiymətləndirilmişdir. Vətəndaş maraqlarından irəli gələn keyfiyyətli hüquqi xidmət və yardımın göstərilməsi, vətəndaş təşəbbüslərinin realizəsi mərkəzin gündəlik və gələcək fəaliyyətində prioritet hədəfə çevrilir.