Bir erməni döyüşçünün etirafı: - "Biz rusların hesabına varıq" -VİDEO

DÜNYA
17:20 27.11.2013
1634
"Unutmaq lazım deyil ki, biz ruslarn hesabına varıq. Ruslar olmasa, Ermənistan yox olardı. Türklər bizi yeyərdilər".Bu sözləri Qarabağ müharibəsində iştirak etmiş erməni BBC-nin Yerevanda keçirdiyi Avropa Birliyi, yoxsa Gömrük İttifaqı ilə bağlı sorğusuna cavab verərkən deyib."Mən keçmiş döyüşçüyəm. Müharibədə iştirak etmişəm. Ancaq onlar bizdən çoxdurlar. Biz 9 milyonuq, onlar isə 80 milyondurlar. Ruslar olmasa, neyləyərdik?", - o əlavə edib.Qeyd edək ki, Ermənistan Avropa ilə yaxınlaşmaq məsələsinə münasibətini Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına daxil olmaqla bildirib.Bu barədə qərar sentyabrın əvvəlində Serj Sarkisyanla prezident Vladimir Putinin görüşündən sonra elan edilib.Bundan əvvəl gözlənilirdi ki, Ermənistan rəhbərliyi ilə Avropa İttifaqı arasında Assosiasiya sazişinin bağlanılması ilə bağlı üç il yarım davam edən danışıqlar öz yekununu 28-29 noyabrda Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammiti vaxtı rəsmi sənədin imzalanmasında tapacaq.(Milli.az)

OXŞAR XƏBƏRLƏR