Azərbaycanlı rəqqasə Nigar Köksal türk serialda çəkilmək təklifini alıb.
Bu barədə rəqqasə özü məlumat verib. AZXEBER.COM-un məlumatına görə, təklif Türkiyənin Sinop şirkətindən alıb. “Mən baş rollardan birini oynamağa təklif aldım. Serialın süjetinə görə, mən ərimin yaxın dostları tərəfindən qətlə yetirməsinə görə qisas alacam. İlk çəkilişlər artıq baş tutub. Ümid edirəm ki, bu rolla bacaracam”, - deyə rəqqasə bildirib.
Qeyd edək ki, Nigar bundan öncə mətbuata verdiyi açıqlamada bir evdə həm əri ilə həm də məşuqəsi ilə əlaqədə olduğunu demişdi.



