'Bir evdə ki kişini saymırlar, sözü keçmir, o evdə mən yaşaya bilmərəm'
09:11 07.02.2013
1120
Kişi evdə söz sahibidir. Amma ailədə hamıya eyni dərəcədə sözünü demək şansı da yaradılmalıdır. Kişilik anlayışı Azərbaycan mentalitetində yüksək mənada səslənir. Hələ də köhnə kişilər bu aurada həyat tərzini qururlar. Sözü keçməyən yerdən keçib gedərlər. Sözü yerə düşən, 2 universitet bitirmiş pedaqoq da indi ömrünü səfil həyat sürməklə keçirir.Sözü keçmədiyindən ailəsindən uzaqlaşan Əhməd Seyidov indi küçələrdə yaşayır. Dediyinə görə, ailəsindən 2001-ci ildən ayrılıb. Müxtəlif ərazilərdə məskən salan səfil indi də yerin altında özünə ev qurub və onun sözlərinə görə, yeraltı evində hər şəraiti var.Bu şəraiti lenta almaq istəyimiz alınmadı. Çünki içəridən gələn ifunət iyi buna heç cür imkan vermədi. Qiyabi olaraq bildirir ki, yerin altındakı evi iki mərtəbədən ibarətdir. Üst qatda özü qalır, alt mərtəbədə isə sanitar qovşağ düzəldib.68 yaşlı səfilin 2 ali təhsili var, rus və Azərbaycan dillərində səlis danışır. 3 uşaq atasıdır. Övladlarına da ali təhsil verib. Dediyinə görə, indi onlar vəzifə sahibidir. Özü uzun illər pedaqoq işləyib. Elmə olan marağından məktəb açmaq qərarına gəlib.