“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”

“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”
MAQAZİN
11:29 24.11.2017
52943
"Əslində "Ayə, harayə gedirsən?” çox dərin fəlsəfi sualdır” AzTV-də Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinin qonağı olan Vüsal Rzasoyun gitarada ifa etdiyi "Ayə, harayə gedirsən ayə?” sözlərindən ibarət mahnı maraqlı müzakirələrə səbəb olub.
 
Bir anda sosial şəbəkələrdə və mediada məşhurlaşan V. Rzasoy AzVision.az-a deyib ki, ifa etdiyi mahnı birdən-birə ərsəyə gəlməyib. "Mahnı bir günə və ya bir həftəyə yaranmayıb. Bunu yaratmaq üçün uzun illər axtarışda olmuşam, söhbətlər etmişəm, çox şeyləri araşdırmışam. Musiqi, insanlar, cəmiyyətdə onların keçmişləri, gələcəkləri, hisləri, qayğıları haqqında uzun müddət düşünmüşəm. Belə bir mahnını ona görə ifa etdim ki, insanların özlərinə uyğun olmayan, vərdiş etmədiyi danışığı, ləhcəni eşidəndə gülməsinlər. Lağ edib zarafatlaşmasınlar. O insanlara qulaq asıb, mahiyyətini anlasınlar, başa düşsünlər. Bu mahnıya da qulaq asan gülür, gülümsəyir. Elə bilir ki, zarafatdır. Əslində "Ayə, harayə gedirsən?” çox dərin fəlsəfi sualdır ki, cəmiyyətin primitiv hesab etdiyi insanlar dərin fəlsəfi suala cavab axtarırılar. Və ya axtarış yolundadırlar. Digər insanlar isə gördükləri mənzərənin mahiyyətinə varmadan gülməyə başlayırlar”. V.Rzasoy deyib ki, hansı ləhcə və necə danışmasından aslı olmayaraq, əslində primitiv gördüyünüz və güldüyünüz insanların içi dərin və zəngindir. "Məqsədim məişət səviyyəsində adlandırılan, cəmiyyətdə olmaq və o səviyyədə görünən insanın daxilindəki dəyəri izah etməkdir. Mahnının bu səviyyədə olması mənə xoşdur. Bəlkə də mahnının yadda qalan olması onun ləhcə ilə oxunması deyil, müraciət formasıdır”.
 
Əslən Naxçıvandan olduğunu deyən ifaçı növbəti mahnısını həmin bölgənin ləhcəsi ilə oxuyacağını söyləyib: "Növbəti işim Naxçıvan ləhcəsində olacaq. Niyə də olmasın? Mən Baltikyanı ölkələrdə konsertlər vermişəm. Xarici prodüsserlə çalışıram. Düşünürəm ki, növbəti xarici konsertlərimdə bu mahnını həmin ölkələrdə öz dilimizdə oxuyacağam, tərcümə etməyəcəyəm. İfamın AzTV-də verilməməsinə görə, narahat deyiləm. İfamın efirə getməyəcəyini deməmişdilər”.
 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb