"Fərhad Qəribovun Tiflisin "Şanqri La Tbilisi” kazionsunda videokadrlarını mən özüm çəkmişəm".
Jurnalist Eynulla Fətullayev deyib ki, o, jurnalistika fəaliyyəti ilə bağlı bir neçə gün əvvəl Gürcüstanda olarkən təsadüfən Tiflis xəngəlxanalarından birində keçmiş deputat Fərhad Qəribovu və daha bir neçə azərbaycanlını görüb:
"Mənə dedilər ki, o, birazdan durub gedəcək kazionaya, qumar oynamağa. İnanmadım. Bir müddət keçdi, Fərhad Qəribov və yanındakılar doğrudan da xəngəlxanadan çıxıb təxminən 200-250 metr aralıdakı "Şanqri La Tbilisi” kazinosuna getdi. Mən də onun arxasınca düşdüm, hiss etdirmədən keçmiş deputatın necə qumar oynadığına tamaşa etdim. Qəribov poker oynamağa başladı və elə bir ucdan da uduzurdu. Deyə bilərəm ki, o, heç də yaxşı qumarbaz təsisi bağışlamırdı və çox qeyri-peşəkar oynayırdı.
Nəhayət o, bütün pulunu uduzub qurtardı, yanındakına "nə qədər pul uduzduq, bütün pulum qurtardı” dedi. Əlavə etdi ki, "uşaqlara” deyib, indi pul gətirəcəklər”.
F.Qəribov isə E.Fətullayevin bu iddialarını eşitdikdən sonra Publika.az-a söylədi ki, burda qınanılacaq nəsə yoxdu:
"Əcəb eləyib oynamışam, o da əcəb edib çəkib. Bunun kimə nə dəxli var?"
Xatırladaq ki, F.Qəribov 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsinin deputatı olub. Onunla bağlı bu gün Tiflis kazinosunda 270 min dollar pul uduzmağı ilə bağlı video yayımlanıb.
Həmin videonu təqdim edirik: