Bir gümüş, bir bürünc qazandıq

İDMAN
01:01 06.08.2012
1856
Bu gün Azərbaycanın yunan-roma güləşçiləri Rövşən Bayramovla Emin Əhmədov London Yay Olimpiya oyunlarında mübarizəyə başlayıb.
AZXEBER.COM-un məlumatına görə, 55 kq-da mübarizə aparacaq Rövşən Bayramovun startdakı – 1/16 final mərhələsindəki rəqibi rusiyalı Minqiyan Semyonov olub. Həmyerlimiz rəqibini məğlub edərək 1/8 finala yüksəlib.Daha sonra amerikalı Tomas Manqoya ilə döyüşən idmançımız onu da məğlub edərək 1/4 finalda mübarizəyə adını yazdırıb. Onun 1/4 finalda rəqibi çinli Li Şujindi.***Rövşən Bayramov 1/4 finalda rəqibi çinli Li Şujin üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə qazanıb.İdmançımızın finala çıxmaq üçün Cənubi Koreya təmsilçisi Qyunjin Çoi ilə güləşəcək***Rövşən Bayramov Cənubi Koreya təmsilçisi Qyunjin Çoini məğlub edərək finala vəsiqə qazandı. Onun finaldakı rəqibi iranlı güləşçi Məhəmməd Soryan olacaq.***Finalda Rövşən Bayramov iranlı Məhəmməd Soryana məğlub olaraq gümüş medal qazanıb.***Digər güləşçimiz 74 kq çəki dərəcəsində olan Emin Əhmədov mübarizəyə birbaşa 1/8 finaldan qoşulub. O, İslam Tolba (Misir) – Neven Zuqay (Xorvatiya) cütünün qalibi ilə güləşəcəkdi. Emin sonda xorvatla üz-üzə gəlməli olub və onu məğlub edib. Onun 1/4 finalada rəqibi gürcü Zurab Datunaşvilidi.***Emin Əhmədov gürcü idmançını məğlub edərək yarımfinala vəsiqə qazandı. Onun final yolunda rəqibi erməni idmançı Arsen Julfalakyan olacaq.***Emin Əhmədov erməni idmançı Arsen Julfalakyana məğlub olsa da, bürünc medal üçün mübarizə aparacaq.***Emin Əhmədov belarus Aleksandr Kikinyov üzərində qələbə qazanaraq bürünc medal qazandı.

OXŞAR XƏBƏRLƏR