"Bir gün ayağa qalxacağam" - Avtomobil qəzası keçirən Ayla

"Bir gün ayağa qalxacağam" - Avtomobil qəzası keçirən Ayla
MAQAZİN
12:02 10.03.2025
180
Xəbər verdiyimiz kimi, yanvar ayının 31-də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) avtomobil qəzasına düşmüşdü.
 
AZXEBER.COM xəbər verir ki, qabırğaları sınan və kəllə beyin travması alan müğənni uzun zaman xəstəxanada müalicə almışdı.
 
Zaman-zaman sosial media hesabında paylaşım edən Ayla anası ilə fotosunu yayımlayaraq onun ad gününü təbrik edib:
 
"Ad günün mübarək, canım anam. Sənə bu qədər ağır günlər yaşatdığım üçün məni bağışla! Sənin qızın güclüdür, söz verirəm ki, ayağa qalxacağam və çox güclü olacağam. Səni çox sevirəm!".
 
Xatırladaq ki, müğənni rəfiqələri ilə Şahdağdan qayıdarkən yolda ağır qəzaya düşmüşdü. Sumqayıt Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən ifaçı daha sonra özəl xəstəxanaların birinə köçürülmüşdü. 

 

Aysel

 

OXŞAR XƏBƏRLƏR