Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü

Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü
SOSİAL
14:23 22.02.2019
8754
Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov "Koroğlu" metrosundan "1 manatlıq" taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə.Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən "Bravo" marketdə işləyirmiş.
OXŞAR XƏBƏRLƏR